Planet Parni iz Baku – konsert fəaliyyəti, telelayihələr, kino, reklam və ictimai tədbirlər üzrə fəaliyyət göstərən Azərbaycanın çoxşaxəli produser şirkətidir. Bu gün Planet Parni iz Baku əyləncə industriyasında orijinal ideyalardan başlayaraq, tam şəkildə layihə realizəsinədək kompleks şəklində xidmət göstərir. Planet Parni iz Bakunun əsası 2001-ci ildə Azərbaycanın ən məşhur KVN-şikərindən olan Tahir İimanov tərəfindən qoyulub. Yarandığı gündən bu günədək layhənin bütün məhsulları birmənalı şəkildə böyük reytinq qazanır. Yaxşı yumor, həyata pozitiv baxış, aktual və sərt siyasi satiralar, eləcə də ümumbəşəri və ailə dəyərlərinə aid mövqe nümayişi - Planet Parni iz Bakunun xüsusi tanınan bir stilidir.
Planet Parni iz Bakunun aktyorları milli kinomuzun real ulduzlarıdır, televiziya və şou biznes, çoxsaylı auditoriya sevimliləridir. Şirkətdə kino və televiziya istehsalatında böyük təcrübəsi olan yaxşı ssenaristlər, rejissorlar və produserlər işləyir. Planet Parni iz Bakunun əsas fəaliyyəti, Azərbaycanın əsas səhnəsi olan Heydər Əliyev adına sarayında hər il keçirilən konsertləridir. Şirkət əyləncəli şou və serialların yaradıcısıdır.
Bundan əlavə Planet Parni iz Baku kino və serial istehsalı ilə də məşğul olur. Kompaniya tərəfindən yaradılmış və produsserlə təmin edilmiş tam metrajlı filmlər - Məhəllə 1(2003), Məhəllə 2(2004), Məşədi İbad 94(2005), Ögey ata(2013), Ölülər XXI əsr(2016), Ağanatiq(2017), Bəxt üzüyü 2(2018), KlimimandJara(2018), Məhəllə3(2019), birmənalı şəkildə, tamaşaçılar arasında çox tanınmışdır.